“Bu dəfə erməni tərəfinin bəxti gətiribsə, sabah nə olacağını bilmək olmaz” – Hərbi ekspert

2019/04/suriy-1554980094.jpg
Oxunub: 18392     14:52     11 Aprel 2019    
“Erməni hərbi qrupunun Suriyaya göndərilməsi Ermənistan Silahlı Qüvvələri üçün təhlükəsiz deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri erməni hərbi ekspert Van Hambartsumyan deyib.


Onun sözlərinə görə, erməni hərbi heyətinin yerləşdiyi Hələb istiqamətində hücuma hazırlıq görülür və erməni tərəfi Suriyaya heyət göndərilməsi barədə qərar qəbul edərkən buna etiraz edib.

“Çünki həm Ermənistan silahlı qüvvələrinin üzvləri, həm də yerli erməni icması, eyni zamnda Ermənistan Respublikası təhlükə altına düşür. Müdafiə nazirliyi bəyanat yayaraq bildirib ki, erməni hərbi heyəti guya müharibə zonası olmayan, erməni heyətini təhlükə gözləməyən yalnız Hələb şəhərində yerləşəcək və sairə. Ancaq hərbi heyəti göndərdikdən bir neçə gün sonra bir hərbi qulluqçu yaralanıb. Hər şey gözlədiyimiz kimi baş verdi. Cəmi bir həftə bundan əvvəl İsrail ordusunun Hərbi Hava Qüvvələri Hələb istiqamətində bir neçə rayona hava zərbələri endirdi və nəticədə enerji təchizatı dayandırıldı.

Məsələ burasındadır erməni hərbi heyəti Suriya qoşunları və “Hizbullah”ın terror qruplaşmasının qonşuluğunda yerləşir. “Hizbullah” Suriya hökuməti tərəfində döyüşür və İsrail bu təşkilatı terrorçu qruplaşma hesab edir. İran bu təşkilatı daim dəstəkləyir və silah sursatla davamlı təmin edir.

“Hizbullah” İrandan yeni silah aldıqda, dərhal İsrail tərəfindən istər alınan silah-sursatı, istərsə də “Hizbullah”ın mövqelərinin məhv edilməsi məqsədilə bormbardmana məruz qalır. Hökumət qüvvələrinə də eyni qaydada güclü zərbə vururlar. Erməni hərbi qruplaşması isə “Hizbullah” və Suriya hökumət qüvvələrinin birbaşa yaxınlığında yerləşir. Bu dəfə yaralılarının olmamasına görə, erməni tərəfinin bəxti gətirdisə, sabah nə olacağını bilmək olmaz. Bundan başqa Hələb istiqamətində Suriya müxalifəti tərəfindən kifayət qədər böyük hücum hazırlanır”, - deyə erməni hərbi ekspert narahatlığını ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin