Erməni hərbi hissə komandirinin güllələnməsindən DETALLAR

2019/04/45645-1554979495.jpg
Oxunub: 861     19:42     11 Aprel 2019    
Aprelin 5-i saat 08:10 radələrində hücuma məruz qalan hərbi hissə komandiri Coni Samsonyan qarın və ayaq nahiyəsindən odlu silah yarası alıb, hadisə yerində iki giliz tapılıb.

Ordu.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, atəş edən həmin hərbi hissə komandiri tərəfindən keçən ilin sentyabrında işdən azad edilən hərbi hissənin avtomobil parkının sürücülərindən biri olub.

Ayaq nahiyəsindən yaralanan Coni Samsonyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiridir. Şahidlərin dediyinə görə, hərbi hissə komandiri ona atəş edən şəxsi özü zərərsizləşdirib, atəş edən şəxs həbs edilərək, polis bölməsinə aparılıb.

Qəzetinin yaydığı xəbərə görə, komandirə atəş edən vaxtilə məhz onun sürücüsü olub. Yayılan məlumata görə, onun işdən azad edilməsi barədə ədalətsiz qərar verilib. Buna görə keçmiş sürücü hərbi hissə komandirini cəzalandırmaq qərarına gəlib. Həbs edilən keçmiş müqaviləli hərbi qulluqçu yaxın çevrəsində bildirib ki, işdən azad etdiyinə görə yox, sadəcə komandirin davranışına görə bu addımı atıb: “Komandirin qanunsuz əməllərindən cana doyublar, kimsə onu susdurmalı, qarşısını almalı idi”.

“Joğovurd” qəzeti Ermənistan Baş Prokurorluqdan irəli sürülən ittihamla bağlı araşdırma aparılırmı və ümumiyyətlə komandiri nə üçün öldürməyə cəhd etdikləri ilə maraqlansa da, prokurorluq cinayət işində belə bir ittihamın olmadığını və iş üzrə ilkin araşdırmanın davam etdiyini bildirib.

Xatırladaq ki, cinayət işi üzrə qətl törədilməsinə cəhdetmə və qanunsuz silah saxlama maddəsi üzrə cinayət işi açılıb. Əldə edilən bu məlumatları Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhannisyan şərh etməkdən imtina etməklə, deyib ki, ilkin araşdırma müddətində məlumat verməyə səlahiyyəti çatmır.

Yaralanan erməni komandir “Astğik” tibb mərkəzinə yerləşdirilsə də, tibb müəssisəsindən artıq evə buraxıldığı bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Güllələnmə  

Erməni hərbi hissə komandirinin güllələnməsindən DETALLAR

2019/04/45645-1554979495.jpg
Oxunub: 862     19:42     11 Aprel 2019    