Təlimlərdə “Giasint B”lərdən istifadə olundu

2019/04/1024p-1554977856.jpg
Oxunub: 16519     14:12     11 Aprel 2019    
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına uyğun olaraq Raket və Artilleriya qoşunlarının hissə və bölmələrinin döyüş atışlı təlimləri keçirilib. Təlimlərdə 152 millimetrlik 2A36 “Giasint B” yedəklənən topu ilə silahlanan artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.

“Giasint B” topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib.


1968-ci ildən hazırlanmasına başlanılıb, 1976-cı ildə Sovet ordusunun sılahlanmasına qəbul edilib. Maksimal atəş məsafəsi 40 000m-dir. Top müxtəlif hava və klimatik şərtlərdə istfadə oluna bilər (−50 °C-dən +50 °C-yə qədər). Hazırda bir çox ölkələrin, əsasən də keçmiş Sovet ölkələrinin ordularında mövcuddur. Topun uzunluğu səfər vəziyyətində 12920 mm, döyüş vəziyyətində 12300 mm-dir, lülə boyu hündürlüyü səfər vəziyyətində 2760 mm, yoldan hündürlüyü 475 mm, eni 2340 mm, təkərlərin diametri 1080 mm-dir.

Top mərmi ilə gilizin ayrılıqda lülə kamerasına aparılması üçün yarımavtomatik çaxmaq və təpmə enerjisinin hidropnevmatik yığıcı sistemləri ilə təhciz olunur. Hərəkət hissəsi yaylı birləşmiş və iki oxlu yedəklənəndir.

Döyuş sursatları

Topda istifadə edilən mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür:


- 46 kq çəkidə qəlpəli-fuqas ОF-29 mərmisi;
- 33.5 km atəş məsafəli ОF-59 reaktiv mərmisi;
- Nüvə sursatlı 3ВБ6 mərmisi (qadağan edilib);
- Kassetli bölünən mərmilər;
- Kumulyativ tank əleyhinə və tüstülü mərmilər.


Topu yedəyə alınıb aparılması üçün "Maz", "Kraz-255B", "Kraz-260" (6x6) yük avtomaşınlarından və AT-T, ATS, ATS-59, MT-T tırtıllı artilleriya yedəkləyicilərindən istifadə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Giasint-B   Təlim  


Bizi "telegram"da izləyin