Ermənistanda 18 yaşlıların ön xəttə aparılmaması barədə layihə qəbul edilmədi

2019/04/97039-1554972259.jpg
Oxunub: 12495     13:46     11 Aprel 2019    
Ermənistanın “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanun layihəsində “Çiçəklənən Ermənistan” partiyası dəyişiklik etməklə, 18 yaşlı çağırışçıların ön xətdə döyüş növbətçiliyi aparılmasına yol verilməməsini təklif edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partiya tərəfindən hazırlanan qanun layihəsində ön xətdə döyüş növbətçiliyinə 18 yaşlı çağırışçıların deyil, 1 il hərbi xidmət təcrübəsi olanların cəlb edilməsi təklif edilir.

Onlar hesab edir ki, bu prinsipə əməl edilərsə, itki və bədbəxt hadisələr aradan qaldırılacaq. Bu barədə qanun layihəsini Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasında təqdim edən “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü, parlamentinin sədr müavini Vahe Enfiacyan deyib.

O, təqdim etdiyi qanun layihəsini əsaslandırmaq üçün Ermənistan silahlı qüvvələrində 2017-ci ildə müxtəlif səbəblərdən 66, 2018-ci ildə 49 ölüm faktının baş verdiyi statistikasını təqdim etməklə, ölənlərin böyük əksəriyyətinin 18 yaşlıların təşkil etdiyini, intihar hallarından bəhs edərkən isə, heç vaxt 1 ildən artıq xidmət edənlərin intihara əl atmadığını qeyd edib.

“Mənim Adımım” fraksiyasını təmsil edən Tiqran Karapetyan Ermənistan silahlı qüvvələrinin cəbhə xəttini qoruyub saxlamağa resurslarının varlığı, statistikanın olub-olmaması barədə maraqlansa da, cavab olaraq parlamentin sədr müavini bildirib ki, resurs barədə statistik məlumatlar qapalıdır. Erməni deputatların bir çoxu erməni ordusunun İsrail ordusu ilə müqayisə edilməsini düzgün hesab etmədiklərini qeyd ediblər.

Ermənistan Müdafiə nazirinin müavini hərbi xidmət haqqında qanun layihəsinə təklif edilən dəyişikliklərin əsaslandırılmadığını söyləyib, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyası isə qanun layihəsinə mənfi rəy verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin