Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu barədə Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər zamanı nümayəndə heyəti aviatexnikanın müasir nümunələri, o cümlədən MiQ-29 qırıcıları, Mi-24P zərbə helikopterləri, Mi-8MTV hərbi nəqliyyat helikopterləri, yay heyətinin təchizatı və silahlanması ilə tanış olublar.
Aviasiya birliyinin komandiri polkovnik Aleksandr Petrov qonaqlara texnikaların nümunələri, həmçinin hərbi hissənin keçdiyi döyüş yolunu təqdim edib. Səfərin yekununda bazanın pilotları İrəvan səmasında yüksək pilotajlıq bacarıqlarını nümayiş etdiriblər. MiQ-29 qırıcıları, Mi-24P zərbə helikopterləri, Mi-8MTV hərbi nəqliyyat helikopterləri cəlb edilməklə uçuş və havada şərti düşmən üzərinə hücum edilməsi ardıcıllığı fəaliyyətini təqdim ediblər.
İrəvanın Erebuni hava limanında dislokasiya olunan rus aviabazası 1995-ci ildə yaradılıb. 1998-ci ilin noyabr ayında Rusiya Federasiyasından aviabazaya MiQ-29 qırıcıları gətirilib. 2001-ci ilin iyul ayında Gümrüdə dislokasiya olunan 102-ci hərbi bazanın tərkib hissəsini təşkil edən, Erebunidə dislokasiya olunan hissələrdən aviabaza yaradılıb. 2013-cü ilin sonunda aviastansiyanın tərkibində helikopter eskadrilyası yaradılıb. 2015-ci ilin dekabr ayında, 2016-cı ilin fevral ayında Rusiya Federasiyasından bura Mi-24P zərbə helikopterləri və Mi-8MT hərbi nəqliyyat helikopterləri gətirilib.
Alpər Mövludoğlu
Ordu.az