Şıxarxda sakinlərə ilkin tibbi yardımın göstərilməsi üzrə təlim keçilib – FOTOLAR
Oxunub: 26190
15:38
08 Aprel 2019
Şıxarx qəsəbəsində sakinlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyyə barəsində təlim keçilib.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Müdafiə Nazirliyi ilə birgə işğaldan azad edilmiş Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində ilk tibbi yardım üzrə təlim təşkil edib.
Açıq havada təşkil edilən təlimdə, hərbi hospitalının tibb işçiləri müharibə şəraitində baş verən hər hansısa qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk tibbi yardımın göstərilməsi, üsul və qaydaları üzrə praktiki məşğələlər keçiblər.
Təlimçi həkimlər məcburi köçkünlərin çoxsaylı suallarını cavablandırıb, onlara ilk tibbi yardımın xüsusiyyətləti və əhəmiyyəti barədə ətraflı məlumat verilib.