Tonoyan müharibə təhdidlərinə davam edir: "Rəqiblə öz ərazisində üz-üzə gələcəyik"

2019/04/46456-1554720555.jpg
Oxunub: 14104     14:48     08 Aprel 2019    
"Azərbaycana elə gəlir ki, qələbələr və ya ərazilər barədə söhbətdə üstünlüyə malikdir. Belə bir üstünlüyə malik deyillər və olmayacaqlar".

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə naziri Davit Tonoyan "Mediamax.am" agentliyinə müsahibəsində bildirib.

Əvvəlki təxribatçı açıqlamalarına sadiq qalan Tonoyan, hər hansı bir fəaliyyət fonunda Ordumuzla bizim ərazimizdə qarşılaşacaqlarını iddia edib. Tonoyan burada rəqibin ərazisi dedikdə, bunun işğal altında olan ərazilərdən kənar ərazilər olduğunu nəzərdə tutur. Yəni Tonoyan "yeni ərazilər üçün yeni müharibə" utopiyasından imtina etmək fikrində deyil.

Erməni jurnalistin, "Niyə sülh deyərkən mənfi şeyləri qəbul edirik?" sualına Tonoyan belə cavab verib: "Cəmiyyətdə bəzi insanlar 1994-cü ilə qədər atəşkəs təsdiq edilənədək nə baş verdiyini bilmirlər. İnsanlar tez-tez bizim harada olduğumuzu, hansı problemləri həll etdiyimizi, hansı missiyamızın olduğunu bilmirlər... İnsanlar bəzən qonşu ölkələr tərəfindən həyata keçirilən informasiya siyasətinin təsirinə məruz qalırlar. Azərbaycan çox güclü və qüdrətli olduğunu iddia edir. Azərbaycana elə gəlir ki, qələbələr və ya ərazilər barədə söhbətdə üstünlüyə malikdir. Belə bir üstünlüyə malik deyillər və olmayacaqlar".

Hücum bölmələrinin sayının artırılması haqqında danışarkən Tonoyan qeyd edib ki, rəqib ərazisində döyüş əməliyyatları həyata keçirə bilərlər. O daha detallı izah edərək bildirib ki, bunlar rəqiblə onun ərazisində üz-üzə gələ biləcək, xüsusi əməliyyatlar həyata keçirən bölmələrdir.

“Növbəti dəfə bu kimi addımlar atmaması üçün rəqibi susduracağıq. Söhbət qeyri-standart addımlardan gedir. Zərurət olduğu halda bizim hücum döyüş qruplarımız düşmən arxasında çaxnaşma yarada bilərlər”, - deyə Tonoyan sarsaqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Müharibə  


Bizi "telegram"da izləyin