Ordu.az xəbər verir ki, bu sözləri ehtiyatda olan general-mayor, Ermənistan ictimai şurasının üzvü, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan, erməni KİV-lərinə müsahibəsində Tonoyanın, erməni tərəfinin hücum edəcəyini əks etdirən “yeni müharibə, yeni ərazilər” prinsipinə münasibət bildirərkən deyib.
“Bir neçə il əvvəl daim deyirdim ki, bizim hücum etmək ixtiyarımız var, amma zaman elədir ki, öz və rəqib qüvvələrinin səviyyəsini bilməliyik. İndi vəziyyət elədir ki, müdafiə xəttində möhkəm oturmuşuq, ancaq mən anlamıram ki, necə hücum etmək, zərbə endirmək olar. Əlbəttə bunu etmək olar. Azərbaycan neft çəlləyi üzərində oturub, hər hektarda neft qüllələri var, İsgəndərlə vura bilərik. Ancaq bağışlayın, yalnız bizim resurslarla, bizim orduyla hücum edə bilmərik. Burada diplomatiya işləməlidir”, - deyə Tadevosyan qeyd edib.
Onun sözlərinə görə, erməni diplomatiyası zəifdir, ordu və diplomatiya arasında əlaqə yoxdur.
Erməni general əlavə edib ki, hazırda Ermənistan Azərbaycanın heç vaxt razı olmayacağı, Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına qaytarılmasından danışır.
Alpər Mövludoğlu
Ordu.az