Nəcməddin Sadıkov İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub

2019/04/e8448-4664112861.jpg
Oxunub: 20694     10:14     08 Aprel 2019    
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub.

General-polkovnik N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nəcməddin-Sadıkov   Səudiyyə  


Bizi "telegram"da izləyin