Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, seçildikdən sonra Sasun Mikaelyan rəsmi olaraq and içib.
Yerkrapah təşkilatının 12-ci qurultayında, həmçinin idarə heyəti üzvlərinin sayının 186-dan 25 nəfərədək azaldılmasına qərar verilib. Yeni idarə heyətinə Ermənistanın hər vilayətindən bir nəfər seçilib.
Yerkrapah birliyinin idarə heyəti vilayətlər üzrə nümayəndələri olaraq, Manvel Ohanyan (Sünik), Hovik Ohanyan (Vayots Dzor), Aram Sarkisyan (Ararat), Mukuç Sapenyan (Araqatsotn), Barseğ Barseğyan (Şirak), Qarnik Mikaelyan (Kotayk), Qaqik Xaçatryan (Qeğarkunik), Samson Xaçatryan (Lori), Andranik Mkrtçyan (İrəvan), Vardan Petrosyan (Tavuş), Rustam Qasparyan (Armavir) seçilib.
İdarə heyətinə seçilən digər üzvlər isə Sasun Mikaelyan, Manvel Yeğiazaryan, Vağarşak Harutyunyan, Andranik Koçaryan, Ara Ketikyan, Quqas Ulixanyan, Suren Barseğyan, Hakob Hakobyan, Martin Karapetyan, Armen Mxitaryan, Manvel Hovsepyan, Xaçik Qalstyan, Hrant Sarkisov və Stepan Nikoğosyan olub.
Alpər Mövludoğlu
Ordu.az