Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bunu İraq Baş naziri Adil Əbdül Mehdinin həftəsonu Tehrana etdiyi səfəri çərçivəsində onunla görüşü zamanı söyləyib.
“Siz amerikalıların ən qısa zamanda öz qoşunlarını İraqdan çıxarmasını təmin edəcək addımlar atmalısınız. Çünki ABŞ qoşunlarının uzunmüddətli mövcudluğunun olduğu hər yerdə sonradan onları çıxarmaq problemli məsələ olur. İraqın hazırkı hökuməti və parlamenti, eləcə də siyasi fiqurları ABŞ istədiyi kimi deyil. Onlar bu şəxsləri İraqın siyasi səhnəsindən uzaqlaşdırmağa çalışacaq”, - deyə Xameneyi bildirib.
Ağalar Ağalarlı
Ordu.az