Ekspert: “Ermənistan ordusunun imkanları getdikcə tükənir”

2019/04/64564-1554547620.jpg
Oxunub: 9189     14:45     06 Aprel 2019    
“Ermənistanda hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı hakimiyyətin ucbatından aşağı düşür”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dünən jurnalistlərlə görüşü zamanı hərbi ekspert Hayk Nahapetyan bildirib.

O, bu halın Ermənistanda baş verən siyasi-hüquqi proseslərlə əlaqəli olduğunu qeyd edir. Hərbi ekspertin fikrincə, hər bir ölkədə ordunun hərbi gücü şəxsi heyətin hazırlığı, hərbi texniki təminatı, həmçinin hərbi qulluqçuların mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə ölçülməlidir və bu gün Ermənistanda mənəvi-psixoloji hazırlıq səviyyəsi göstəricilərinin aşağı enmə meyilliliyi var.

Nahapetyan, bunu “qəhrəmanların” uğurlarının nailiyyətlərinin dəyərdən salınması, həmçinin general və yüksək vəzifəli hərbçilərə qarşı cinayət təqiblərinin aparılmasının səbəb olduğunu vurğulayıb.

Erməni hərbi ekspert, həmçinin 1100 hərbçi ailəsinin mənzili olmadığı bir vaxtda dövlət gəlirləri komitəsinin əməkdaşları üçün mükafat fondunun artırılması barədə erməni hökumətinin 4 aprel qərarını da məntiqsiz hesab etdiyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin