AAHM-da Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib

2019/04/398bd-6218177604.jpg
Oxunub: 12902     13:52     06 Aprel 2019    
2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.

Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Sülhməramlı qüvvələrlə əlaqələri, Beynəlxalq Humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, döyüşlərdə Beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinlənillib, brifinqlər təqdim olunub.

Şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxışlar edən BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları kursantların suallarını cavablandırıblar.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   AAHM  


Bizi "telegram"da izləyin