Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, AİƏT üzvü olmayan ölkənin istehsal etdiyi dezinfeksiya həblərini təqdim edən “İntermed Qrup” şirkəti müsabiqənin qalibi olub.
Məlumata görə, təklif edilən hərblərin 1 ədədinin qiyməti 76 dram 44 luma (qəpik) təşkil edir. Digər “Xaçpar” şirkəti isə Rusiya istehsalı və Rusiya MN tərəfindən istifadə edilən, 1 ədədin dəyəri 17 dram 43 luma olan “Dimaks klori”ni təqdim edib: “Tələb olunan miqdar qeyd edilməsə də, “Xaçpar” şirkəti 23604000 dram dəyərində daha ucuz dezinfeksiya vasitəsi təqdim edib. Lakin Ermənistan MN baha qiymətə təqdim edilən seçimə üstünlük verib, niyə?”
“Xaçpar” şirkəti 2015-ci il dekabrın 21-də dezinfeksiya materialları təmin etmıək üçün müvafiq qaydada müraciət edir. 2016-cı ilin yanvar ayında müqavilə bağlanması üçün şirkətin təmsilçisi MN-ə çağırılır. Lakin Ermənistan MN-də ona bildirib ki, təqdim edilən məhsulun texniki göstəriciləri tələblərə cavab vermir.
Bu iradla razı olmayan şirkət rəhbərliyi nümunə verir və MN-nin ekspertizası təyin edilir. Hərbi hissə komandiri, MN-nin sanitar həkimi tərəfindən arayış məruzə hazırlanıb. Bununla da şirkətin müsabiqədə iştirakına rədd cavabı verilib, lakin
şirkət rəhbərliyi MN-in təqdim etdiyi ekspertiza rəyinin nəticələrini əldə edə bilməyib.
Daha sonra şirkətə verilən rəsmi cavabda qeyd edilir ki, təqdim edilən məhsul müvafiq tələb olunan texniki göstəricilərə cavab vermir. Şirkət bu qərarı satınalmalar şurasına, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının (AİƏT) sədri Tiqran Sarkisyana şikayət edir. Satınalmaların şikayət şurası da MN-nin rəyinə əsaslanaraq müsabiqədə iştirakını rədd edir. Yenidən şikayət edilir və yeni yaradılan komissiya da MN-nin mövqeyini müdafiə edir.
Qeyd edək ki, məsələ ilə bağlı 2 məhkəmə çəkişməsi baş tutub və növbəti məhkəmə 12 may tarixinə təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az