Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov səsləndirib.

Münaqişənin nizamlanmasına dair danışıqlar prosesinə münasibət bildirən Kolerova görə, hazırda İrəvanda müzakirələr aparılmasına qərar verilib, eyni zamanda bunun, kapitulyasiya və yox olmaq, Azərbaycana qarşı hərbi ritorikanın dəyişdirilməsi demək olduğunu dərk edirlər.
O bildirib ki, danışıqlarda imkanları daralan erməni tərəfi bu kəskin bəyanatlarla vəziyyəti tarazlaşdırmağa cəhd etsə də, bu hərbi ritorika erməni tərəfinin danışıqlar siyasətinə və bu danışıqlarda iştirak etmək istəyinə ziddiyyət təşkil edir.
O, bu kimi bəyanatlardan sonra erməni tərəfi üçün Azərbaycanla yeni görüş keçirilməsi haqqında razılaşmanın çətin olacağını vurğulayıb. Kolerov bildirib ki, əvvəllər “İrəvanın qaytarılması” deyə bu kimi bəyatlara yalnız Bakıda yol verilirdi, ancaq İrəvan da buna imkan verirdi.
“Bütün bunlar ATƏT-in Minsk Qrupunun bəyan etdiyi prinsiplərə hərbi ritorikalı reaksiyadır. Bu prinsiplərin tətbiqi Ermənistan üçün kapitulyasiya və Dağlıq Qarabağın yox edilməsi deməkdir. Azərbaycan heç bir şeyi gözləmir, o sadəcə olaraq müharibəyə hazırlaşır”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az