Ordu.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası Komissiyasının 19-cu iclasında Ermənistanın Enerji və Təbii Sərvətlər Nazirliyinin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Tiqran Melkonyan bildirib.
O, Atom Elektrik Stansiyasının istismar müddətinin artırılması ilə bağlı bildirib ki, kreditin ödəniş müddətinin artırılmasına dair qərar qəbul edilməsinə zərurət var. Bildirilib ki, kreditin qaytarılması üçün yeganə mənbə stansiyanın fəaliyyəti nəticəsində enerji satışından əldə ediləcək gəlirdir. Stansiyanın işə salınması isə hələlik uzanır.
Ermənistan hökuməti AES-in fəaliyyətdə olan blokunun istismar müddətini 2026-cı ildədək uzatmaq, mərhələli şəkildə isə yeni blokların istismarını tətbiq etmək niyyətindədir.
Maliyyələşdirmə Rusiya tərəfindən təqdim edilən 270 milyon dollarlıq kredit və 30 milyon qrant hesabına həyata keçiriləcək.
Qeyd edək ki, Metsamor AES-in tikintisinə 1960-cu ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib. 1989-cu ildə isə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.
Alpər Mövludoğlu
Ordu.az