“Aprel döyüşlərinə hazırlıqla bağlı məlumatı hərbi birləşmənin kəşfiyyatı vermişdi” – Ohanyan

2019/04/14626-1554378918.jpg
Oxunub: 1717     15:53     04 Aprel 2019    
“Sasna Tsrer” partiyası Ermənistan parlamentinə müraciət edərək aprel döyüşləri ilə bağlı parlament dinləmələri təşkil etməyi təklif edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partiya, keçid ədaləti yolu ilə aprel döyüşləri günahkarlarının cəzalandırılması məqsədilə bu döyüşlərin “razılaşdırılmış müharibə” elan edilməsini istəyir.

“Sasna Tsrer” partiyasının katibliyini tənzimləyən Varujan Avetisyan qeyd edib ki, Serj Sarkisyan aprel döyüşləri yolu ilə Qarabağın ətraf rayonlarının verilməsini planlaşdırıb. O iddia edir ki, yalnız ordunun müqaviməti hesabına “Lavrov planı” adlandırılan layihə iflasa uğradı.

Məlum olduğu kimi, aprel döyüşlərində erməni tərəfi 100-lərlə hərbi qulluqçu itki verib, həmçinin Lələtəpə yüksəkliyi də daxil olmaqla hektarlarla ərazi itirdi. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan jurnalistlərə bildirib ki, dərin təhlil aparmaqla rəqibin aprel döyüşlərinə başlamağa necə imkan əldə edildiyini müəyyən etmək lazımdır.

Erməni KİV-ləri aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyana bir neçə sual ünvanlayıb. “Sasna Tsrer” partiyası tərəfindən yalnız yüksək vəzifəli şəxslərə məlum olmaqla döyüşlərin planlaşdırılmış və danışılmış olduğuna dair iddialara, Ohanyan bu şəkildə cavab verib: “Bunlar əsassız məlumat və əsassız şərhlərdir. Belə bir şey ola bilməz. Mən rəhbərliyimdən belə bir şey eşitməmiş, göstəriş almamışam. Nazir olaraq da belə bir məlumat əldə etməmişəm”.

Ermənistanda səfərbərliyin niyə elan edilmədiyi, artilleriyanın müəyyən gecikmə ilə işə salındığı, əks-hücum barədə kiçik komandir heyətinin cəhdlərinin qarşısının alındığı, səngərlərdə olan əsgərlərə geri çəkilmək barədə əmrlərin verilməsi və s. iddialara gəldikdə isə Ohanyan qeyd edib ki, bütün bu iddialar ona məlum olmayan fərdi, qeyri-peşəkar yanaşmadır. O bildirib ki, hərbi əməliyyatlar Qarabağda aparılırdı, ona görə də Ermənistanda deyil, Qarabağda səfərbərlik elan olunmuşdu. Ermənistan və diaspora isə demək olar ki, səfərbərliyə bənzər birlik nümayiş etdirərək Qarabağa yollanıblar.

Serj Sarkisanın müharibə yolu ilə ətraf rayonları qaytarmağa hazırlaşması barədə Varujan Avetisyanın bəyanatına münasibət bildirən Ohanyan qeyd edib ki, onun rəhbərlik etdiyi qurum hər hansı məğlubiyyətyönlü siyasət həyata keçirməyib və bu kimi məlumatlara malik deyil. Müharibədə ərazi və yüzlərlə canlı qüvvə itkisinə gəldikdə isə hər bir itkinin ağır olduğunu qeyd edib.

Aprel döyüşlərindən sonra kəşfiyyat rəisi vəzifəsindən azad edilən, daha sonra Paşinyanın qərarı ilə müşavir təyin edilən Arşak Karapetyan barədə nə düşündüyünə və aprel döyüşləri ərəfəsində kifayət qədər kəşfiyyat məlumatları olmasına dair Paşinyanın bəyanatına münasibət bildirərkən qeyd edib ki, guya Qarabağdakı qanunsuz hərbi birləşmənin müəyyən qabaqlayıcı tədbirləri nəticəsində ordumuzun planlarının qarşısını almaq mümkün olub.

Azərbaycanın hücuma hazırlaşması və konkret hansı günlərdə hücum edəcəyi barədə kəşfiyyatın məlumat verməsi iddialarına gəldikdə isə Ohanyan qeyd edib ki, konkret hansı günlər hücum ediləcəyi barədə məlumatın olmasını bilmir. Lakin hazırlıq barədə məhz Qarabağdakı qanunsuz hərbi birləşmənin kəşfiyyatı tərəfindən məlumat verildiyini qeyd edib. Belə olan halda mövqelərdə olan erməni əsgərlərinin niyə hazırlıqsız, hətta yanacaq çatışmazlığı, silah-güllə problemlərinin olmasını isə Ohanyan belə izah edib ki, Qarabağdakı hərbi birləşmə qarşısına qoyulan tapşırığı icra edib.

Ermənistan parlamentində aprel döyüşləri ilə bağlı dinləmələrin keçirilməsinin təklif edildiyinə münasibət bildirərkən isə sabiq nazir qeyd edib ki, dinləyənlər kimlərdirsə, dəvət edildiyi halda hər an məlumat verməyə hazırdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Aprel döyüşlərinə hazırlıqla bağlı məlumatı hərbi birləşmənin kəşfiyyatı vermişdi” – Ohanyan

2019/04/14626-1554378918.jpg
Oxunub: 1718     15:53     04 Aprel 2019    