“BAE Systems” ABŞ-ı “Hercules”lərlə təchiz edəcək

2018/05/2269-Hercules_1526907650.jpg
Oxunub: 1815     20:58     21 May 2018    
ABŞ Müdafiə Nazirliyi “BAE Systems” şirkəti ilə əlavə M88A2 “Hercules”lərin alınmasına dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “BAE Systems” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Hercules” zirehli təmir-təxliyyə maşınlarına dair müqavilənin qiyməti 120,5 milyon dollar olaraq qiymətləndirilir.

Müqavilə üzrə işlər şirkətin Pensilvaniya ştatının Yrok şəhərindəki filialında icra ediləcək və 21 yanvar 2021-ci ilədək yekunlaşacaq.

Qeyd edək ki, “Hercules” yaralı, sıradan çıxan və ya bədəninin bir hissəsi harayasa ilişmiş əsgərlərin döyüş meydanından çıxarılması təyinatlıdır.

Ağala Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BAE-Systems   Hercules  


Bizi "telegram"da izləyin