“Almaz-Antey” Qazaxıstanda S-300 və S-400-ləri nümayiş etdirəcək

2018/05/2268-Almaz-Antey-sərgi_1526906906.jpg
Oxunub: 3242     20:45     21 May 2018    
“Almaz-Antey” konserni “KADEX 2018” sərgisində S-400 və S-300 zenit raket komplekslərini nümayiş etdirəcək.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə ZRK-ları istehsal edən “Almaz-Antey” konserninin mətbuat xidməti məlumat yayıb.

“Konsernin 5 nömrəli pavilyonda nümayiş etdiriləcək stendində S-400 “Triumf”, S-300VM “Antey-2500” və S-300MPU2 “Favorit” uzaqmənzilli raket sistemləri, o cümlədən kiçik və orta mənzilli “Buk” və “Tor” ailəsi təqdim olunacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “KADEX 2018” sərgisi mayın 23-dən 26-dəl Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaz-Antey   Qazaxıstan   KADEX-2018  


Bizi "telegram"da izləyin