Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Latviya Müdafiə Nazirliyi artıq tenderdə iştirak edən 4 şirkətin təqdim etdiyi yolsuzluq avtomobilləri üzərində sınaqlar keçirməyə başlayıb.
Bunlar Finlandiyanın “Sisu Auto” şirkətinin GTP 4x4, ABŞ-ın “AM General” şirkətinin HUMVEE, Cənubi Afrikanın “Paramount Group” şirkətinin “Marauder LAV” və Türkiyənin “Otokar” şirkətinin “Cobra” avtomobilləridir.
Ağalar Qəribov
Ordu.az