ABŞ donanması yeni döyüş gəmisini istifadəyə verməyə hazırlaşır

2018/05/2263-USS-Manchester---Mançester_1526904321.jpg
Oxunub: 1705     20:04     21 May 2018    
ABŞ donanması Nyu Hempşirin ən böyük şəhəri Mançesterin adı ilə adlandırılan yeni döyüş gəmisini tezliklə istifadəyə verəcək.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, gəminin istifadəyə verilmə mərasimi mayın 26-da Portsmutdakı limanda baş tutacaq.

2016-cı ildə suya buraxılan gəmi Alabamada tikilib. Bu gəmi Mançester şəhərinin adı ilə adlandırılan ikinci ABŞ döyüş gəmisidir. Daha öncə 1946-cı ildə eyni adlı gəmi istifadəyə verilib. O, Koreya müharibəsi ərzində Sakit okeanda fəaliyyət göstərib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   USS-Manchester  


Bizi "telegram"da izləyin