Türkiyə “Kornet-EM” komplekslərini almaq niyyətindədir

2018/05/2261-Kornet-M_1526903509.jpg
Oxunub: 1690     19:52     21 May 2018    
Türkiyə Rusiya ilə “Kornet-EM” tank əleyhinə raket kompleksinin təchizatına dair danışıqlar aparır.

Ordu.az Türkiyə KİV-lərinə istiandən xəbər verir ki, bu barədə Türkiyə müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, Türkiyə NATO və ABŞ-la əlaqələrin gərginləşməsinə baxmayaraq Rusiya silahlarına marağı saxlamaqda davam edir. Ankaranı xüsusilə “Kornet-EM”lərin “Leopard II” və M1 “Abrams” tanklarının müdafiə sistemini dəf edə bilən modifikasiyaları maraqlandırır.

“Kornet-EM”lərə dair danışıqlara paralel olaraq Türkiyə Silahlı Qüvvələri tank zirehləri sahəsində də Rusiya ilə əməkdaşlığa maraq göstərir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Kornet-EM  


Bizi "telegram"da izləyin