Rusiya daha 6 ədəd “Borey-A” tikəcək

2018/05/2259-Borey-A_1526902355.jpg
Oxunub: 2159     19:28     21 May 2018    
2023-cü ildən sonra “Sevmaş” şirkətindən daha 6 ədəd “Borey-A” strateji atom sualtı gəmiləri tikiləcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, tikiləcək “Borey-A”ların donanmaya verilməsindən sonra donanmada onların sayı 14-ə çatacaq.

Qeyd edək ki, “Borey-B” strateji atom sualtı qayıqları “Borey-A”lardan fərqli olaraq 2018-2027-c illər üçün nəzərdə tutulan dövlət silahlanma proqramına daxil olmayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Borey-A  


Bizi "telegram"da izləyin