Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlimlərin iştirakçılarının bir hissəsi Klaypedsk ərazisindəki paliqona yerləşdirilib, burada Baltik dənizində - sahildən 22 kilometrlik məsafədə yerləşən hədəflərə atışlar keçiriləcək”, - deyə məlumatda bildirilir.
“Flaming Thunder 2018” adlı təlimlərdə Almaniya, Kanada, Laviya, Litva, Hollandiya, Polşa, ABŞ, Fransa və Xorvatiyadan olan hərbi qulluqçular iştirak edib.
Ağalar Qəribov
Ordu.az