Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə maşını istehsal edən eyniadlı “Mantis” şirkətinin rəhbəri Eytan Zayt bəyan edib.
“9 tonluq maşın patrul fəaliyyəti həyata keçirmək, çətin keçilən yerlərdə hərəkət, həmçinin düşmən qüvvələrini yarmaq təyinatlıdır. Lakin bu, “Mantis”in tək üstünlükləri deyil”, - deyə Zayt bildirib.
O qeyd edib ki, bu yolsuzluq avtomobillərinin böyük gələcəyi var.
Ağalar Qəribov
Ordu.az