Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə “İl” şirkətinin baş direktoru Aleksey Roqozin bəyan edib.
“Təyyarə Voronej Səhmdar Təyyarəqayırma Cəmiyyətində sınaqlardan keçirilib. Keçirilən sınaqlarda təyyarənin germetiklik və rütubətədavamlılığı yoxlanılıb”, - deyə Roqozin bildirib.
O qeyd edib ki, bu, təyyarənin ilk zavod sınaqları idi və bütün sınaqlar çərçivəsində aşkarlanan mövcud problemlər aradan qaldırıldıqdan sonra İl-112V Rusiya Müdafiə Nazirliyinə təhvil veriləcək.
Ağalar Qəribov
Ordu.az