Əlcəzair ordusunun təlimlərində “Solntsepyok” və “Buk” görüntülənib – VİDEO

2018/05/2251-Solntsepyok_1526897366.jpg
Oxunub: 2276     18:07     21 May 2018    
Əlcəzair ordusunun keçirdiyi təlimlərdə Rusiya istehsalı olan “Solntsepyok” sistemi və “Buk” kompleksi görüntülənib.

Ordu.az Menadefense.net saytına istinadən xəbər verir ki, görüntülər Əlcəzair telekanalları tərəfindən çəkilib.

Məlumata görə, Rusiyanın Əlcəzairi müasir silah və hərbi texnikalarla təchiz etməsi barədə xəbər hələ ötən il ictimailəşdirilib, lakin bu kadrlar Əlcəzairin onları əldə etməsinin ilk sübutudur.

Qeyd edək ki, görüntülərdəki TOS-1A “Solntsepyok” odsaçan sistemi T-72-nin şassisində yaradılıb. O, reaktiv istilik mərmiləri ilə atəş açmağa qadirdir. “Buk” zenit raket kompleksi isə kiçik və orta yüksəklikdə olan aerodinamik hədəflərlə mübarizə təyinatlıdır. Onun mərmiləri hədəfə doğru saniyədə 830 metr irəliləyə bilir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   Rusiya   Buk   Solntsepyok  


Bizi "telegram"da izləyin