Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Tədqiqatı və Təkmilləşdirmə Təşkilatı (DRDO) məlumat yayıb.
Məlumata görə, sınaq uğurla baş tutub. “BrahMos” DRDO və Rusiyanın NPO “Mashinostroyenia” təşkilatı tərəfindən birgə təşəbbüs əsasında hazırlanıb. O, adını iki çaydan: Hindistanın Brahmaputra və Rusiyanın Moskva çaylarından götürür.
“BrahMos” raketi Hidnistanın Su-30 qırıcı təyyarələrində geniş istifadə edilir. Onun həm də “Sukhoi” döyüş təyyarəsinə yerləşdirilməsi üzərində işlər aparılır.
Ağalar Ağalarlı
Ordu.az