Ordu.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasəmi bəyan edib.
“ABŞ-ın çıxmasında sonra nüvə müqaviləsi üzrə ilk komissiyanın gündəliyində müzakirə ediləcək mövzuların genişləndirilməsinə dair şayiələr həqiqəti əks etdirmir, Tehranı maraqlandıran yeganə məsələ nüvə müqaviləsidir”, - deyə Qasəmi bildirib.
O qeyd edib ki, belə şayiələrin yayılmasının səbəbi İrana qarşı qərəzli mövqedir və bununla Tehranın nüvə müqaviləsinin digər iştirakçıları arasında mövcud münasibətlərin pozulmasına cəhd edilir.
Ağalar Qəribov
Ordu.az