Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan prezidenti Rumen Radeyev bəyan edib.
“Bolqarıstan NATO ölkələrində texnikanın alınması üzrə mövcud olan tələblərə görə Rusiyadan yeni qırıclar ala bilməyəcək”, - deyə Radeyev bildirib.
O qeyd edək ki, Bolqarıstan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi planı 2016-cı ildən mövcuddur, lakin rəsmi Sofia hələlik bir qərar verməyib.
Ağalar Qəribov
Ordu.az