Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri Peter Pavel bəyan edib.
“Çexiya Estoniya, Latviya və Litvada keçirilən hərbi təlimlərdə iştirak edən hərbi kontingentini genişləndirməlidir. Əks təqdirdə ölkə NATO daxilindəki prestijinə zərbə vura bilər”, - deyə Pavel bildirib.
Qeyd edək ki, daha öncə Çexiya hökuməti hərbi qulluqçuların yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilən xarici missiyalarda iştirak edəcəyini açıqlayıb, NATO-nun Baltikyanı ölkələrdəki təlimləri isə buraya daxil deyil.
Ağalar Qəribov
Ordu.az