Ordu.az “Krasnaya zvezda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Müqavilələrin İcrasında Nəzarət İdarəsinin rəisi Sergey Rıjkov bəyan edib.
“Rusiya uzun illər ərzində ABŞ qarşısında orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair müqavilənin pozulması ilə bağlı məsələlər qaldırıb. Belə ki, ABŞ müqaviləni görməzdən gələrək uçuş məsafəsi 500 kilometrdən 5 min kilometrədək olan ballistik raketlərin sınaqlarını həyata keçirir”, - deyə Rıjkov bildirib.
O qeyd edib ki, ABŞ belə raketlərin hazırlanmasını onların əsl ballistik raketlər deyil, hədəflər olması ilə əlaqələndirir, lakin belə silahların hamısı qlobal raket müdafiəsi sistemləri ilə sınaqdan keçirilir.
Ağalar Qəribov
Ordu.az