Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO hərbi komitəsinin rəhbəri Peter Pavel bəyan edib.
“Biz Rusiya hərbi aqressiyası ilə üzləşdiyimizi düşünmürük. Belə bir təhlükə yoxdur. Səbəbi isə tədbirlər görməyimizdir”, - deyə Pavel bildirib.
O qeyd edib ki, NATO Latviya, Litva, Estoniya və Polşada Kanada, Almaniya, Böyük Britaniya və ABŞ komandanlığı altında 4 beynəlxalq batalyon yerləşdirib.
Ağalar Qəribov
Ordu.az