Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin “Zinuj” televiziya verilişi çərçivəsində bildirilib.
Beləliklə, Rusiyanın yeni hərbi krediti çərçivəsində imzalanan 3 müqavilədən birinin tərkibi açıqlanıb.
Məlumdur ki, Rusiyanın 200 milyon dollarlıq güzəştli ilk krediti üzrə təchizatların həyata keçirilməsindən sonra 100 milyom dollarlıq ikinci kredit təklib olunub. Ermənistan müdafiə nazirinin müavini (artıq keçmiş müavini-red.) Artak Zakaryanın sözlərinə görə, artıq 2017-ci ilin dekabrında ümumi məbləği 100 milyon dolları keçməyən 3 müqavilə imzalanıb. Bu təchizatlar Ermənistanın hava hücumundan müdafiə və ön mövqelərini möhkəmləndirməli idi.
Böyük ehtimalla “Zinuj” televiziya verilişdə söhbət 9M338K idarəolunan raketləri ilə təchiz edilən 9K331M “Tor-M2” zenit raket kompleksindən gedir.
Ağalar Qəribov
Ordu.az