Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Ötən gün ərzində atəşkəs ümumilikdə 60 dəfə pozulub. 26 dəfə atəşkəsin pozulması minaatan və ağır artilleriyanın tətbiqi ilə baş verib.
Atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 7 hərbçisi yaralanıb.
Separatçılar atəşkəsi xüsusilə Novoluqansk, Troitsk, Svetlodarsk, Zaytsev, Avdeyevka, Opıtnoy və Vodyanoy istiqamətində pozublar.
Ağalar Qəribov
Ordu.az