Ordu.az BMPD portalına istinadən xəbər verir ki, bu barədə gəminin tikintisi ilə məşğul olan Neva Gəmiqayırma-Gəmi Təmiri Zavodu məlumat yayıb.
Rusiya Hərbi Dəniz Donanması üçün tikilən gəminin qiyməti 2978 milyard rubl təşkil edib. Tanker Hərbi Dəniz Donanmasının Murmanska qərarlaşan Şimal Donanması üçün nəzərdə tutulub.
9 min ton çəkisi olan gəminin uzunluğu 130 metr, eni 21,5 metr təşkil edir. Gəminin gediş məsaəsi 8 min mil, suda qalma müddəti 60 gün, ekipajı isə 24 nəfər təşkil edir.
Ağalar Qəribov
Ordu.az