Ordu.az “Krasnaya zvezda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Uzaqmənzilli Aviasiyasının komandanı, general-leytenant Sergey Kobılaş bəyan edib.
“Cari il çərçivəsində Tu-160 strateji bombardmançı-raket daşıyıcıları ilə Anadıra qədər uçmağı planlaşdırırıq. Hazırda Arktika bizim üçün strateji əhəmiyyətə malikdir, buna görə də orada yeni aerodromlar və obyektlər mənimsəyir, Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışırıq”, - deyə Kobılaş bildirib.
O qeyd edib ki, keçən il T-22M3 bombardmançıları ilk dəfə Anadır və Vorkutada eniş həyata keçirib.
Ağalar Qəribov
Ordu.az