Ordu.az “China South Mornings” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusundan olan mənbələr məlumat yayıb.
“Mayın 13-də başlayan 5 günlük sınaqlar çərçivəsində gəminin avadanlıqlarının sınaqdan keçirilməsi tapşırığı uğurla icra edilib. Silahlanmaya qəbul edildikdən sonra bu aviadaşıyıcı Çin Hərbi Dəniz Qüvvələrində bu tip ikinci gəmi olacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, yeni aviadaşıyıcı hələlik yalnız 001A kimi xarakterizə edilir, lakin yerli məbuat bir sıra hallarda onu “Şandun” adlandırır.
Ağalar Qəribov
Ordu.az