ABŞ HHQ-nin yeni silah strategiyası: hipersəs raketlər, F-35, RXS

2018/05/9489614_1526565455.jpg
Oxunub: 990     21:58     17 May 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin yeni silah strategiyasında hipersəs silahlar, raketdən xəbərdarlıq sistemlərin istehsalı və F-35-in yenilənməsinin sürətləndirilməsi nəzərdə tutulub.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə HHQ-nin satınalma, texnologiya və logistika bölməsinin müdir müavini Vill Ruper danışıb.

O bildirib ki, son 15 ildə qanunsuz silahlılara qarşı davam edən müharibə HHQ-nin “Soyuq Müharibə” əzmini itirib. Artıq HHQ sadəcə terrorçularla vuruşmaq üçün lazım olan yeni texnologiyalar axtarışındadır. Bu isə Elm və Texnologiya cəmiyyəti ilə silah istehsalçıları arasındakı əlaqəyə zərbə endirib.

“Bu müddət ərzində Çin və Rusiya kosmik silahların istehsalını sürətləndirib və ciddi nailiyyətlər əldə edib. Artıq hipersəs raketlərin istehsalı ilə yanaşı raketdən müdafiə sistemlərinin istehsalı da əhəmiyyətli hal alıb”, - deyə Huper əlavə edib.

Onun sözlərinə görə, HHQ yeni sistemləri 2023-cü ilə qədər hərbi əməliyyatlarda istifadə edə biləcəyini düşünür.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Abş-HHQ   F-35   Hipersəs-raket   Çin   Rusiya  

ABŞ HHQ-nin yeni silah strategiyası: hipersəs raketlər, F-35, RXS

2018/05/9489614_1526565455.jpg
Oxunub: 991     21:58     17 May 2018    