İsrail Rumıniyaya "Dəmir Qübbə"nin istehsal texnologiyasını satdı

2018/05/2199-Dəmir-Qübbə_1526565444.jpg
Oxunub: 607     18:37     17 May 2018    
İsrail “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemlərinin istehsal texnologiyasını Rumıniyaya satıb.

Ordu.az “Kalkalist” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, İsrail müdafiə sənayesi kompleksinin flaqmanı “Rafael” konserni və Rumıniyanın “Romaero” şirkəti arasında “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin istehsal texnologiyasının satılması barədə müqavilə imzalanıb.

O cümlədən “Samson” silahların masəfədən idarə edilməsi sistemi və “Spayk” yüksək dəqiqlikli raketlərinin istehsal texnologiyası barədə məlumatlar da Rumıniyaya satılıb.

Qeyd edilir ki, İsrail konserni cari həftə ərzində bu müqavilədən yüzlərlə milyon dollar əldə edə bilər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: İsrail   Rumıniya   Dəmir-Qübbə  

Xəbər lenti

İsrail Rumıniyaya "Dəmir Qübbə"nin istehsal texnologiyasını satdı

2018/05/2199-Dəmir-Qübbə_1526565444.jpg
Oxunub: 610     18:37     17 May 2018    