İnformasiya sistemləri, kibertəhlükəsizlik və məlumat təhlükəsizliyi sahəsinin liderlərindən olan “Thales” “Arrow Electronics”lə əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edildiyini elan edib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Thales”in Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Skot Kemiş danışıb.
Britaniya və İrlandiyada yeganə texnoloji provayder olan “Arrow” ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində artan məlumat təhlükəsizliyi məhsullarına tələbatın qarşılanmasının təmin olunacağı gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Arrow
Thales
kibertəhlükəsizlik