Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə ABŞ QQ-nin Sursatlar üzrə Proqram rəhbəri Peter Burke bildirib.
“IQPC Gələcək Artilleriya 2018” konfransında çıxış edən Burke ordunun 3141 ədəd belə mərmi alacağını qeyd edib.
İstehsalat müqaviləsi hazırda NATO-nun Dəstək Satınalma Agentliyi ilə razılaşdırılır. Satınalmanın qarşıdakı 3 ildə tamamlanması, bu il ərzində isə ilk 500 mərminin əldə edilməsi gözlənilir.
Qeyd edək ki, “Bonus” tank əleyhinə istifadə olunan 155 millimetrlik sensorlu mərmidir.
Ağalar Ağalarlı
Ordu.az