Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə agentliyin sədr müavini admiral Con Hill bildirib.
Məlumata görə, sınağa hazırlanan “Standart Missile-3 Block IIA” raketidir. Lakin o, kəşfiyyat məlumatının məxfiliyini səbəb göstərərək əlavə məlumat verməkdən boyun qaçırıb.
“Mən rəqiblərimizin işini asanlaşdırmaqdan nifrət edirəm. Ona görə də, nəyin harda və necə baş verəcəyini deməyəcəm. Amma bu dəqiqdir ki, biz onu edəcəyik”, - deyə admiral qeyd edib.
“SM-3 Block IIA” qısa-orta mənzilli ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az