Ordu.az verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hesabatında qeyd olunub.
“Son üç ay ərzində qüvvələrimiz Ərəbistan yarımadasındakı terror şəbəkəsinin Yəməndəki mövqelərini hədəf alıb. Ölkənin dörd fərqli vilayətində “Əl-Qaidə”yə qarşı 17 hava hücumu edib”, - deyə hesabatda qeyd olunub.
Hücumların həyata keçirildiyi vilayətlər əl-Bayda, Hadramavt, Zamax və Şəbvadır. Birləşmiş Ştatlar “Əl-Qaidə”nin Ərəbistan yarımadasındakı qolu olan AQAP-ı ABŞ-a ən çox hücum etmə imkanı olan və buna çalışan qruplaşma kimi tanıyır.
Ağalar Ağalarlı
Ordu.az