Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu ölkələr batalyonların hava və dəniz qüvvələrinin möhkəmləndirilməsinə ehtiyac olduğunu düşünür.
ABŞ Milli Təhlükəsizlik Müşaviri Con Boltonla 3 dövlətin XİN rəhbərləri arasında baş tutmuş görüşdən sonra jurnalistlərin suallarını cavablayan Litva Xarici İşlər naziri Linas Linkevicius belə bir istəyin ifadə edildiyini təsdiqləyib.
Məlumat üçün qeyd edək ki, Estoniya, Latviya və Litva NATO-ya 2014-cü ildə qoşulub. 2016-cı ildə Varşavada baş tutan sammitdə alyans bu ölkələr və Polşada mövcudluğun artırılmasına dair qərar qəbul edib.
Ağalar Ağalarlı
Ordu.az