Ordu.az Flightglobal.com portalına istinadən xəbər verir ki, bu barədə F-15-lərin istehsalını həyata keçirən “Boeing” şirkəti məlumat yayıb.
Məlumata görə, ABŞ İsrail Müdafiə Nazirliyinə ölkənin silahlı qüvvələrində olan modernləşdirilmiş F-15I “Ra'am” qırıcılarına əlavə olaraq F-15 “Eagle” qırıcılarından ibarət eskadriliya əldə etmək təklifi edib.
Mənbələrin verdiklərinə bir sıra məlumatlara görə, böyük ehtimalla təchizat İsrailə 10 illik hərbi yardım paketi çərçivəsində həyata keçiriləcək.
Ağalar Qəribov
Ordu.az