Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə helikopteri istehsal edən “Aviation Indusrty Corporation of China” (AVIC) şirkəti məlumat yayıb.
“Z-19E helikopteri təlimlərdə öz manevr və operativ potensialını ideal surətdə nümayiş etdirdi. Helikopterin döyüş imkanları da həmçinin uğurlu alınıb”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, helikopter “hava-hava” və “hava-yer” tipli raketərlə də sınaqdan keçirilib.
Helikopterin yaxın zamanlarda ixrac versiyasının xarici dövlətlərə təqdim ediləcəyi də açıqlanıb.
Ağalar Qəribov
Ordu.az