Yəhudilər hələ də evsizdir: İsrail-Ərəb münaqişəsinə tarixi baxış – ARAŞDIRMA (I Yazı)

2018/05/8_1526557916.jpg
Oxunub: 892     15:48     17 May 2018    
Bu yazıda İsrail-Ərəb münaqişəsinə keçməzdən öncə münaqişənin baş vermə səbbələri, nəticə etibarı ilə yəhudi xalqının tarixinə nəzər salacağıq.

İsrail xalqının tarixi çox qədimdir və minilliklərlə ölçülür. Onların tarixinin Bibliya kitabı ilə bağlı olduğunu söyləmək də kifayət edir. Bu gün elm adamları Bibliyada yazılan hadisələrin əslində baş verən faktlar toplusundan ibarət olduğunu arxeoloji qazıntılar vasitəsilə təsdiq ediblər.

Buna görə də, bu gün İsrail dövlətinin formalaşması tarixinin təxminən 3 min il bundan əvvəl başladığına tam əmin ola bilərik.

Yəhudi xalqının atası İbrahim peyğəmbər hesab olunur və indiki İraq ərazisindəki Mesopotamiyanın Ur şəhərində yaşadığı təsdiqlənib. Təxminən eramızdan əvvəl 1900-cü ildə İbrahim peyğəmbər ailəsi ilə daha yaxşı bir həyat axtararaq, uzun bir səfərə yola çıxır. Onun yolu Fərat çayından keçir. İbrahim çayın digər tərəfinə keçərək özünü və sülaləsini "İvriim"lər adlandırır. Zamanla "İvriimlər" sözü "yəhudilər" sözünə çevrildi. İbrahim və onun nəsli - İsa və Yaqub Hevron şəhərində məskunlaşdı və bu gün onlar yəhudi xalqının əcdadları hesab olunur.

İsrail adı haradan gəlir? Əfsanəyə görə bir dəfə Hevronda, İbrahim peyğəmbərin nəvəsi Yaqub yad birisi ilə mübahisə edir. Şiddətli döyüş baş verir. Yad adam qüvvətli idi, lakin Yaqub peyğəmbər onu məğlub edir. Qərib adam Yaquba sən insan deyilsən, Allahın elçisisən deyir. Bundan sonra Yaqub peyğəmbəri İsrail, yəni "allahla mübarizə edən", onun nəslini isə qürurla "İsrail övladları" adlandırırlar.

İsrail dövləti qədim və çox maraqlı tarixi hekayəyə malikdir. İsrailin 12 qəbiləsi nədir? Yaqub peyğəmbərin iki arvadından və iki xidmətçisindən 12 oğlu olub. Bu hadisədən sonra yəhudilərin sayı artmağa başlayıb. Bu 12 uşağın da on iki övladı doğulur. Beləliklə yəhudi xalqının 12 qəbiləsi adlanan ifadə meydana gəldi.

Yaqub peyğəmbərin ailəsi çətin yaşayış səbəbindən Hevrondan Misirə köçə başlayır. Misirə daha öncə Yaqubun oğlu Yusif peyğəmbər gəlir və fironun sarayında yüksək vəzifəyə təyin olunur. Yüzillər boyu yəhudilər Misirdə yaşayır və nəsillərini artırırlar. Misirdə yəhudi millət olaraq formalaşır və daha da güclənir. Lakin, hakim firon sülaləsinin dəyişməsi yəhudilərin qula çevrilməsinə səbəb olur. Musa peyğəmbər yəhudilər arasında peyda olana qədər əzab, qətl və alçaldılma yəhudi millətinə yoldaşlıq edib.

Nəticədə, Musa peyğəmbər Misirdən yarım milyondan çox yəhudini xilas edərək dədə baba torpaqlarına qaytardı. O vaxtdan bəri, bütün yəhudilər İsrail oğullarının Misir fironları üzərində qələbəsi naminə "yəhudi Pasxası" adlanan Pesa bayramını qeyd edirlər.

İsrail qəbilələrinin əsasını qoyan bütün 12 nümayəndənin doğulduğu İsrail torpağı israillilərə verildi. İsrail dövləti bu torpaqlarda yaradılmalı idi. Lakin İsrailə vəd edilən torpaqlara, yəhudilər yalnız 40 ildən sonra, köləliyin nə olduğunu bilməyən yeni bir nəsil kimi doğulduqdan sonra gələ bildilər.

Azad və qürurlu insanlar vəd edilən torpaqlara qədəm qoysalar da millətin xilaskarı Musa peyğəmbər bu müqəddəs torpaqlara gəlib çıxmadı. O öldü. Onu dağda, bütün müqəddəs torpaqların mükəmməl göründüyü bir yerdə basdırdılar. Bu torpaqlara yerləşdikdə, yəhudilər Allahın bütün əmrlərini sədaqətlə yerinə yetirdilər. İllər keçdi, İsrail dövlətinin tarixi daha da inkişaf etdi. İsrail övladları torpağı mənimsəməyə başladılar, dost tayfalarla işgüzar əlaqələr qurdular, düşmən tayfaları isə fəth etdilər.

Sonradan İsraildə Süleyman peyğəmbər hakimiyyətə gəldi. Mənbələrə görə, o, ağıllı və qabiliyyətli bir hökmdar olub. Onun hökmranlığı dövlətin qızıl dövrü hesab olunur və demək olar ki, əfsanələşdirilib. Hazırda bayramlar zamanı bütün kişilərin toplaşdığı İsrailin ən böyük məbədi Məryəm dağında Süleyman peyğəmbərin dövründə tikilib.

Süleyman peyğəmbərin ölümü ilə dövlət iki yerə - şimalda İsrail, cənubda Yəhudi padşahlığı - bölünür. İki şahlıq arasında rəqabət başladı və tayfalararası müharibələr hər iki tərəfi zəiflətdi, bütün qüvvələr dağıldı. Nəticədə qonşu düşmən qəbilələr bundan dərhal istifadə etdilər.

Siyasi birliyin dağılması ilə dini birliyin də dağılması baş verdi. İsraildə iki xalqın - yəhudilərin və ərəblərin yeni tarixi başlandı.

Assuryalılar, babillilər və bir çox yadelli xalqlar İsraili fəth edərək onun sərvətini talan edir, əsrlər boyu inşa edilən məbədləri məhv edirdilər. Süleyman peyğəmbər tərəfindən tikilən Məbəd də bir neçə dəfə məhv edilib. İsrail dövləti tarixində yəhudi xalqı bir çox fəlakətlər yaşayıb.

Sonda, Hasmoneilərin başçılığı altında çoxsaylı qiyamlar nəticəsində Seleviklər dövləti yəhudilərin muxtariyyəti tanıyır. Seleviklərin süqutundan sonra yenidən müstəqil yəhudi dövləti yarandı. Daha sonra, Roma İmperiyası İsrail torpaqlarını öz vilayətinə çevirdi və e.ə. 37-ci ilə qədər yəhudiləri İrod idarə etdi.

Bizim eranın əvvəlində İsa Məsih anadan oldu, məhkum edildi və çarmıxa çəkildi. Sonra isə yenidən "dirildi". İrodun ölümündən az sonra, qanlı döyüşlərdə Yerusəlim tamamilə məhv edildi, Yəhudi dövləti Romanın birbaşa nəzarəti altına keçdi və e.ə. 73- cü ildən etibarən Fələstin olaraq adlandırıldı.

Avropada xristianlığın yaranması ilə İsrail və İsa Məsih ilə bağlı hər şey xristianlar üçün müqəddəs torpaq hesab olundu. Yəhudilərə ildə bir gün (Məbədin dağılması günü) istisna olmaqla, Yerusəlimə daxil olmaq qadağan edildi.

636-ci ildə Ərəblər İsrail torpaqlıarını işğal edərək, demək olar ki, beş əsr boyu onu idarə etdilər. Qüdsdəki yəhudilərə inanc üçün əlavə vergi ödəmək əvəzində din azadlığı verildi.

1096-ci ildə Səlcuq imperiyasının nəzarətində olan Yerusəlimi və Müqəddəs İsanın Qəbrini xilas etmək bəhanəsilə Vatikandakı xristian kilsəsinin çağırışı ilə bir neçə xristian dövləti böyük bir qruplaşma yaradaraq, Şərqə tərəf yönələn Birinci Xaçlı Yürüşünə (Alman yürüşü də adlandırılır) başladılar. 1097-ci ildə Bosfor boğazını keçən xristian ordusuna dərhal satılan Klikiya çarlığı öncə Qızıl Arslanın məğlub edilməsində, sonra isə 1099-cu ildə Yerusəlimin xristianların nəzarətinə keçməsində tarixi satqınçılıq missiyasını hər zamankı ampluada və yüksək səviyyədə yerinə yetirdi. Bu işğal Misirdə hakimiyyətə gələn Məmlüklərin 1291-ci ildə Yerusəlimi alması ilə sona çatdı. Lakin Məmlüklər bu əraziləri xristianlardan da bərbad vəziyyətə saldı. 1517-ci ildə Məmlüklər Yerusəlimi döyüşsüz Osmanlı imperiyasına təslim etdilər. Bu dəfə də Klikiya çarlığı Osmanlı sarayına öz "xidmətlərini" təklif etdi.

Yeni ölkədə yəhudilərin vəziyyəti qənaətbəxş idi. XIX əsrin ortalarında, yəhudi əhalinin üstünlük təşkil etdiyi və divarla əhatə edilən Yerusəlim çox sıxlıq olduğundan yeni şəhər məhəllələri salmaq məcburiyyətində qaldılar. İvrit dili yenidən doğuldu, sionizm - yəhudilərin birləşməsini, tarixi vətənlərində yaşama haqqını və milli azadlıq mübarizəsini müdafiə edən siyasi hərəkat – yaradıldı. Nəticədə XIX əsrin sonu- XX əsr əvvəllərində Şərqi Avropadan olan və sionist ideologiyasından ilhamlanan iki böyük Yəhudi icması ölkəyə qayıtdı. 1914-cü ilə ölkənin yəhudi əhalisi cəmi 85 min idi. 400 il Osmanlı idarəetməsində sonra Yerusəlim 1917-ci ilin dekabrında İngilis ordusunun nəzarətinə keçdi.

1922-ci ilin iyulunda Millətlər Birliyi "Yəhudi xalqının Fələstin ilə tarixi əlaqəsi"ni tanıyaraq Fələstini (o dövrdə ölkə belə adlanırdı) idarə etmək səlahiyyətini Böyük Britaniyaya həvalə etdi. Böyük Britaniyaya Fələstində yəhudi milli evinin - Eretz İsrailin yaradılmasını sürətləndirmək təklif olunurdu.

Vətənə qayıtmaq dalğası İsrailin bərpası prosesinə müsbət təsir göstərirdi, lakin ərəblər Fələstin torpaqlarını özlərininki hesab edirdilər. 1937-ci ildə İngiltərə ölkəni iki yerə yəhudi və ərəb ölkələrinə bölməyi təklif etdi, ərəblər bir daha razı olmadılar və öz həqiqətlərini silahla müdafiə etmək qərarına gəldilər.

İki il sonra, İkinci Dünya müharibəsi başlandıqda, nasistlər tərəfindən törədilən soyqırımı üzündən İsrail dövləti yaratmaq ideyası ümumiyyətlə məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Avropa yəhudilərini məhv etmək planını həyata keçirən nasistlər bir milyon yarım uşaq da daxil olmaqla altı milyon yəhudini öldürdülər. Bu dəhşətli Holokostdan sonra bütün dünyaya yayılan yəhudilər özlərinin cəzalandırılacaqlarından qorxmayaraq, yaşaya biləcəkləri müstəqil dövlət qurma məsələsini xüsusilə kəskinləşdirdilər.

Birləşmiş Krallıq 1932-ci ildə İraqın, 1946-cı ildə isə İordaniyanın, Fransa isə 1943-cü ildə Livanın, 1946-cı ildə isə Suriyanın müstəqilliyini tanıdı. İsrailli yəhudilər isə bu ərazilərdə dövlət qurmaq niyyətlərinə ərəblərin qətiyyətlə qarşı çıxdıqlarına görə hələ də öz dövlətlərini qura bilmirdilər.

1947-ci ilin aprelində Yaxın Şərqdə sülh yaratma missiyasını yerinə yetirə bilməyən Britaniya hökuməti "Fələstin məsələsini" BMT-nin Baş Assambleyasında müzakirə edilməsini təklif etdi. BMT ölkəni iki yerə ərəb və yəhudi dövlətlərinə bölməyi təklif etdi. Britaniya mandatı 1947-ci ilin mayın 14-də başa çatdı. Bu zaman ölkədə yaşayan 650000 yəhudi, inkişaf edən bir ictimai sistemə sahib olan mütəşəkkil bir cəmiyyət yarada bildi.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: İsrail   Yəhudilər   Tarix  

Xəbər lenti

Yəhudilər hələ də evsizdir: İsrail-Ərəb münaqişəsinə tarixi baxış – ARAŞDIRMA (I Yazı)

2018/05/8_1526557916.jpg
Oxunub: 895     15:48     17 May 2018    