Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə Nazirinin Asiya və Sakit okean təhlükəsizlik işləri üzrə köməkçisi Randall Şriver irəli sürüb.
“Çin raketlərinin 85%-i həmin müqavilənin şərtlərinə uyğun gəlmir. Çinin ballistik və qanadlı raketlərinin onurğasını təşkil edən hissəsi bu müqavilənin qadağan etdiyi mənzil daxilindədir”.
Randal xatırladıb ki, müqavilə ABŞ və Sovet İttifaqı tərəfindən qəbul edilib və Çin heç vaxt bu müqaviləni imzalayıb. Bu səbəbdən dolayı həmin raketlər hazırda ABŞ üçün strateji problem yaradır.
Ağalar Ağalarlı
Ordu.az