Tramp Maskla barışıb

2026/06/1780753567.jpg
Oxunub: 196     16:14     06 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskla yenidən dost münasibətlərdə olduğunu bildirib.

Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş tədbirdə çıxış edən Ağ Ev rəhbəri qeyd edib ki, sahibkarın çətin dövrü olsa da, indi onlar yenidən yaxşı münasibətlərə malikdirlər.

“Bilirsiniz, İlonun uğursuz bir dövrü oldu, amma indi o, yenidən mənim dostumdur. Onun çox uğursuz bir anı olmuşdu. O, 80 faiz dahidir, 20 faiz isə müəyyən uğursuzluqları var. Amma mən elektromobilləri sevirəm”, — deyə Tramp bildirib.

ABŞ Prezidenti Donald Tramp xatırladıb ki, prezidentliyinin ilk günündə elektromobillərin istifadəsini təşviq edən tədbirləri ləğv edib. Bundan sonra onların arasında yaranmış münaqişə fonunda İlon Mask özünə məxsus "Tesla" şirkəti üçün çətin dövrün başladığını bəyan etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin